Logo

ADPU THİK Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib

25.02.2023 23:34 456 baxış
IMG

Fevralın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) və Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADPU THİK sədri dosent Vurğun Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində universitet daxilində həyata keçiriləcək layihələrdən danışaraq, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşımıza əbədi həkk olunduğunu bildirib.

Daha sonra Xocalı faciəsində baş vermiş hadisələri tələbələrlə bölüşüb, ermənilərin törətdikləri qətliam haqqında ətraflı söz açıb.

ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixinin texnalogiyası kafedrasının baş müəllimi, t.ü.f.d. Taleh Cəfərov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq, mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.

Sonda Kimya və biologiya fakültəsinin tələbələri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.

Görüş diskussiya ilə davam edib.

Xəbər lenti