Logo

Azərbaycan-italyan dilində ilk elektron lüğət istifadəçilərin ixtiyarına verilib

25.02.2023 10:57 367 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin nəzdnində olan Xarici dillər kafedrasının baş müəllimi Kəmalə Əliyevanın həmmüəllifi olduğu Azərbaycan-italyan dilində ilk elektron lüğət istifadəçilərin ixtiyarına verilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, təxminən 30.000 sözdən ibarət lüğətdə onların məna çalarları, idiomlar, abreviaturlar, baxılan sözlərin xronologiyası ilə tanış olmaq olar.

Qeyd edək ki, tətbiq mütəmadi yenilənir, istifadəçi rəy və təkliflərinə açıqdır. Bu elektron lüğət italyan dilini öyrənənlər üçün lazımlı vəsaitdir.

Xəbər lenti