Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti i.f.d. Şəfəq Abdullayeva professor vəzifəsinə seçilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Qeyd olunub ki, Şəfəq Abdullayeva 4 dərslik – “ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri”, “Almaniya Federativ Respublikasının iqtisadiyyatı”, “Yaxın Şərq ölkələrinin iqtisadiyyatı”, “Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı”, 60-a yaxın elmi məqalələrin müəllifidir. Yazdığı məqalələr Kanada, Polşa, BƏƏ, Rusiya, Türkiyədə dərc olunub.
O, Respublikada və xaricdə keçirilən bir çox konfranslarda iştirakçı olub, maraqlı məruzələrlə çıxış edib. Şəfəq Abdullayeva eyni zamanda ADU-da təşkil olunan tədbirlərdə və dəyirmi masalarda fəal məruzəçi kimi çıxış edir.