Logo

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib - FOTO

25.02.2023 00:16 383 baxış
IMG

Azərbaycan Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Tehsil.biz"ə ali məktəbdən məlumat verilib.

Bildirilib ki, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, insanlığın da tarixinə qara ləkə kimi yazılıb. Gələcəkdə oxşar faciələrin baş verməməsi üçün Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır, anım mərasimlərinin təşklinə böyük əhəmiyyət verilir.

Tədbirdə soyqırımın dəhşətləri ilə bağlı faktlar diqqətə çatdırılıb, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının nəticələri haqqında məlumat verilib. Bildirilib ki, qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq Xocalı soyqırımının da qisasını alıb və şəhidlərimizin qanını yerdə qoymayıb.

Sonda Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr əsasında hazırlanan sənədli film nümayiş olunub.

Xəbər lenti