Logo

Qabiliyyət tələb edən bəzi ixtisaslarda nəzəriyyə fənləri imtahanları test üsulu ilə keçiriləcək

24.02.2023 18:11 465 baxış
IMG

Musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, abituriyentlərə tapşırıqların cavablandırılması üçün Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, Harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, Musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.

Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20- si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır.

 Doğru cavablandırılan
tapşırıqların sayı
 Qiymətləndirmə
 (balla)
 28-30  10
 25-27  9
 22-24  8
 19-21  7
 16-18  6
 13-15  5
 10-12  4
 7-9  3
 4-6  2
 1-3  1
 0  0

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri aşağıdakı cədvəldə verilmişdir.

 Kom. №-si  İxtisasın adı  Nəzəriyyə imtahanları
 20  İnstrumental ifaçılıq  Harmoniya və solfecio
 Musiqi ədəbiyyatı
 21  İnstrumental ifaçılıq (violin, klarnet, fleyta) 
 21  İnstrumental ifaçılıq (viola, truba, saksofon)  Musiqi nəzəriyyəsi və   solfecio
 Musiqi ədəbiyyatı
 21  İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri)  Musiqi nəzəriyyəsi və   solfecio
 22  İnstrumental ifaçılıq  Harmoniya və solfecio
 23, 74  İnstrumental ifaçılıq  Musiqi nəzəriyyəsi və solfecio
 24  Vokal sənəti (akademik vokal)  Musiqi nəzəriyyəsi və   solfecio
 Musiqi ədəbiyyatı
 25, 95  Vokal sənəti (xanəndəlik)   Musiqi nəzəriyyəsi və   solfecio
 26  Populyar musiqi və caz ifaçılığı (vokal)
 27, 75  Dirijorluq (sahələr üzrə)  Harmoniya və solfecio
 Musiqi ədəbiyyatı
 28, 96  Vokal sənəti (milli vokal)  Musiqi nəzəriyyəsi və solfecio
 29, 69  Bəstəkarlıq  Musiqi ədəbiyyatı
 Harmoniya və solfecio*
 
 30, 73  Musiqişünaslıq
 31, 71, 72  İnstrumental ifaçılıq  Musiqi nəzəriyyəsi və solfecio
 32, 76, 83,   93  Musiqi müəllimliyi
 36  Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)


 * 29, 69, 30, 73- cü komissiyalar üzrə Harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.

Aşağıda təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə tanış ola bilərsiniz:

  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Harmoniya və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;

  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi ədəbiyyatı fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;

  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi.

Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının Qabiliyyət imtahanları adlı xüsusi buraxılışından əldə edə bilərsiniz. Burada ixtsaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunmuşdur.

Qeyd: Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanları bütün komissiyalarda ənənəvi, yəni əvvəlki qaydada keçiriləcək.

Xəbər lenti