Logo

ADNSU-da Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

24.02.2023 09:43 719 baxış
IMG

Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Bildirilib ki, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək müxtəlif dövrlərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərdən danışıb. O, qeyd edib ki, Xocalı soyqırımı da düşmənin insanlığa qarşı törətdiyi ən ağır cinayətlərdən biridir və Azərabaycanın yenilməz Ordusu düşməndən qisasını alıb, bu gün Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalanır.

Universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, kafedranın professoru İradə Nuriyeva Xocalı soyqrımı haqqında danışarkən Azərbaycan tarixinə kiçik ekskursiya ediblər. Onlar tarixi faktları sadalamaqla tələbələrin diqqətinə çatdırıb ki, erməni daşnakları hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışıblar. Çıxışlarda o da qeyd olunub ki, tarixi ədalət zamanında bərpa olundu və 2020-ci ildə 30 ilə yaxın bir müddətdə düşmən tapdağında olan torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.

ADNSU-nun II kurs tələbəsi Asiman Nəcəfli də tələbələr adından çıxış edərək Azərbaycanın tarixini hər zaman diqqətlə öyrənəcəklərini və özlərindən sonraki nəsilə çatdıracaqlarını bildirib.

Xəbər lenti