Logo

BDU-da “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı foto və kitab sərgisi açılıb - FOTO

23.02.2023 15:01 514 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə “Xocalı soyqırımı – XX əsrin faciəsi” adlı foto və kitab sərgisi açılıb.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, sərgidə Xocalı soyqırımından bəhs edən, Azərbaycan, ingilis və rus dillərində 50-dək kitab nümayiş olunur. Bura "Qarabağ düyünü", “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi", "Vətən harayı", "Erməni terroru", "Xocalı soyqırımı" kimi kitablar daxildir.

Sərgidə həmçinin Xocalı faciəsinin dəhşətlərini əks etdirən 30-dək tarixi fotoşəkil də təqdim olunur.

Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti