Fevralın 22-də Azərbaycan-Fransız Universitetində (UFAZ) Yer Elmləri Departamenti tərəfindən təşkil olunmuş illik “Earth Science Mixer” tədbiri keçirilib.
UFAZ-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə SOCAR, SOCAR Fugro, AMEA-nın Arxeologiya İnstitutu, ADNSU, TotalEnergies, Schlumberger, Azercosmos, BP, Waverity, eiLink R&D, Azərbaycan Mühəndislər Birliyi, Halliburton və s. kimi təşkilatların nümayəndələri iştirak edib.
Bu şəbəkə görüşü UFAZ-ın Yer Elmləri sahəsi üzrə fəaliyyət göstərən tərəfdaşlarına və mütəxəsisslərə universitet, tədqiqat institutları və şirkətlər arasında gələcək əməkdaşlığı stimullaşdırmaq məqsədi ilə baş tutub və mehriban atmosferdə bir araya gəlmək üçün imkan yaradıb.
UFAZ-ın Yer Elmləri üzrə koordinatoru və professoru Clara Jodry və dəvət olunmuş professoru Damien Lemarchand qonaqları salamlayıb və universitetdə tədris olunan akademik proqramlar və Yer Elmləri üzrə tədqiqat proyektləri barədə məlumat verib. Daha sonra UFAZ tələbələri öz elmi posterlərini təqdim edib.








