Logo

Bu mövzular yenidən dərsliklərə əlavə edilib

23.02.2023 11:57 870 baxış
IMG

“Tarix fənni üzrə 7 və 10-cu sinif dərsliklərinə bir neçə mövzu daxil edilib ki, bunlar da müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsinə daxil edilib”.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

"Həmin mövzular əvvəllər də tarix fənni üzrə dərsliklərdə olub. İndi yenidən dərsliklərə əlavə edilərək müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsinə daxil edilib. Lakin imtahanda məhz həmin mövzulardan sual düşəcəkmi, bunu əvvəlcədən demək çətindir”, - mərkəz direktoru qeyd edib.

Xəbər lenti