Logo

MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib

23.02.2023 11:44 2790 baxış
IMG

"Təhlillər onu göstərir ki, asan və orta səviyyəli sualları cavablandıra bilməyən namizədlər bəzən yüksək çətinlikdə olan suallara düzgün cavab verirlər"

Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O bildirib ki, müəllimlər işə qəbulu imtahanında səhvlərin düzgün cavablara təsiri bu istiqamətdə aparılmış təhlillərin nəticəsində verilmiş qərardır.

“Bu, tapmaca xarakterli cavablandırmanın nəticəsidir. Ona görə də MİQ imtahanlarında səhv cavabların doğru cavablara təsiri qaydası tətbiq edilib”, - deyə İnstitut rəsmisi əlavə edib.

Xəbər lenti