"Bu il üçün müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsində müəyyən dəyişikliklər edilib".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda müəllimlərin işə qəbulu imtahanlarının tarixləri barədə məlumat veriləcək:
“Əvvəl müəllimlərin işə qəbulu imtahanı üçün sadəcə proqram hazırlanırdı və mövzularda fənlər üzrə proqramlara əsaslanırdı. Çərçivə sənədindəki mövzular dərsliklərə əsaslanır. Bu il üçün çərçivə sənədində ədəbiyyatla bağlı əsərlərin tam versiyasını oxumaq tələbi qoyulub. Sənəddə 19 çərçivə müəyyənləşib”.
N.Mehdiyeva qeyd edib ki, sualların çətin olması tək ibtidai təhsil səviyyəsində deyil, bütün səviyyə üçün keçərlidir:
“Hər bir qiymətləndirmə özünə uyğun çərçivədə çətinlik dərəcəsi də fərqlidir. MİQ imtahanının çətin olması rəqabətliliyin artması üçün önəmlidir. Mmetodika və pedaqogika üzrə hüquqi savadlılıqda məzmun sahələri və sual sayı azaldılaraq 1-ə endirilib".