Logo

İnklüziv Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

23.02.2023 11:04 419 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə "Açıq qapı" günü keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos. N.Zeynalova  "İnklüziv Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri" mövzusunda təqdimatla çıxış edib, qonaqları məlumatlandırıb.

Qonaqlar həmçinin  ali təhsil müəssisəsindəki yeniliklərlə tanış olublar.

Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Esmira Kazımovanın spikerliyi ilə keçirilən "Uşaqlarda nitq problemləri və korreksiya yolları" adlı seminar da iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Sonda auditoriyada müzakirə təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti