Logo

Peyvənd olunanların sayı açıqlanıb

23.02.2023 00:11 260 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 266 vaksin vurulub.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 85, pozitiv nəticədən sonra “Buster doza” vaksin olunanların sayı isə 16-dir.

Vurulan vaksinlərin ümumi sayı 13 947 758, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 833, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 623, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 399 754, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 548 nəfər təşkil edir.

Xəbər lenti