Logo

Tələbələr Seysmoloji Xidmət Mərkəzində istehsalat təcrübəsi keçirlər - FOTO

22.02.2023 23:07 482 baxış
IMG

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Qərbi Kaspi Universitetinin “İnformasiya texnologiyaları” və Azərbaycan Texniki Univeristetinin “Cihazqayırma mühəndisliyi” fakültəsinin tələbələri istehsalat təcrübəsinə başlayıblar.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, tərtib olunmuş istehsalat təcrübəsi planına əsasən tələbələr Zəlzələlərin tədqiqatı bürosu və Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbələrində seysmik stansiyanın iş prinsipi, istifadə olunan cihaz və avadanlıqlarla, seysmik məlumatların emalında tətbiq olunan emal proqramları ilə tanış olacaqlar.

İstehsalat təcrübəsi 30 may 2023-cü il tarixinə qədər davam edəcək.

Xəbər lenti