Logo

Bakıda bu lisey təmirə bağlanır, şagirdlər köçürülür

22.02.2023 10:11 585 baxış
IMG

Ötən gün 147 nömrəli Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşü keçirilib. 

Tehsil.biz xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.

Məlumata görə, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub. Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.

Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

Xəbər lenti