Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi kafedrasının baş müəllimi Nüsrət Quliyev Türkiyənin Atatürk Universitetində doktorantura proqramı üzrə təhsilini tamamlayıb.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, sözügedən universitetin Sosial Elmlər İnstitutunun “Özəl hüquq” ixtisas bölməsində onun dissertasiya işinin müdafiəsi keçirilib.
"Mülki və cinayət işləri üzrə məhkəmə aktlarının bir-birinə münasibətdə preyudisiallığı" mövzusunda dissertasiya işini uğurla müdafiə edən BMU müəllimi hüquq üzrə fəlsəfə doktoru adına layiq görülüb.