Logo

ATMU-nun dosenti beynəlxalq konfransda sertifikata layiq görülüb

21.02.2023 14:57 377 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Aynur Bağırlı Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən VII Avrasiya Sosial Elmlər Beynəlxalq Konfransında iştirak edib.

ATMU-dan "Tehsil.biz"ə bildirilib ki, universitet əməkdaşının “Sosial təhlükəsizliyin təmin edilməsində Azərbaycan modelinin özəllikləri” mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

A.Bağırlı konfransda sertifikata layiq görülüb.

Xəbər lenti