Logo

Ramiz Novruz "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək

21.02.2023 12:57 410 baxış
IMG

Xalq artisti Ramiz Novruz Yasamalada "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhumla vida mərasimi öz evində, saat 15:00-da baş tutacaq.

Xatırladaq ki, ötən gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.

Mərcanə Əsədova

Həmçinin oxuyun: Mədəniyyət Nazirliyi Ramiz Novruzun vəfatı ilə bağlı nekroloq yayıb

Xəbər lenti