Fevralın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) rektor, professor Mustafa Babanlı Fransanın Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Anne Boillon ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, səfiri salamlayan rektor, professor M.Babanlı universitetdə tədris prosesi, ixtisaslar, təcrübə imkanları və prioritet məsələlərdən danışıb.
Qonağa universitet haqqında ətraflı məlumat verdikdən sonra tədris və təcrübə məsələlərindən söz açan rektor, professor M.Babanlı birgə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə görülə biləcək işlərin əhəmiyyətini qeyd edib.
Universitetdə ilk dəfə olmaqdan məmnunluğunu bildirən səfir A.Boillon iki ölkə arasında təhsil sahəsində əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını bildirib və prioritet istiqamətlərdən danışıb.

