Logo

İnformatika fənni üzrə birinci hazırlıq kursunun müdavimləri üçün imtahan keçirilib

20.02.2023 17:03 244 baxış
IMG

Bakı şəhərindən olan iştirakçılar üçün Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi 28 ünvanda yerləşən binasında, bölgələrdən olanlar üçün isə DİM-in Gəncə və Şirvan Regional Bölmələrində informatika fənni üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair birinci hazırlıq kursunun müdavimləri üçün proqramlaşdırma ilə bağlı imtahan keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahan nəticələrinə əsasən müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək.

Xəbər lenti