Logo

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib - FOTO

20.02.2023 14:22 518 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

FHN-dən "Tehsil.biz"ə bildirilib ki, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə FHN-in Bakı Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər mövzunun aktuallığından, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətindən bəhs ediblər.

Daha sonra Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti