Logo

Azərbaycanlı yeniyetmə beynəlxalq olimpiadanın ilk mərhələsini uğurla keçdi - FOTO

20.02.2023 13:10 808 baxış
IMG

Azərbaycanlı yeniyetmə İsmayıl Ataşov Beynəlxalq “Stem Math Olympiad” olimpiadasının ilk mərhələsini uğurla keçərək növbəti turda iştirak etmək haqqı qazanıb.

Tehsil.biz xəbər verir ki, o, İstanbul Liseyinin İngilis dili bölməsinin 8-ci sinif şagirdidir.

İsmayıl Ataşov daim öz üzərində çalışan, dərslərində və sosial layihələrdə aktiv iştirak edən şagirdlərdən biridir. İsmayıl həmçinin Türkiyəyə yardım və aztəminatlı ailələrə dəstək kampaniyalarında fəal iştirak edib. 

Məktəb daxilində ingilis dilində keçirilən “Cambridge Flyers” səviyyəsi üzrə imtahandan müvəffəqiyyətlə keçərək ilklər sırasına daxil olub.

Qeyd edək ki, İ.Ataşov həkim-endokrinoloq, iş xanımı Təranə Heybətovanın (Rita Rish) oğludur.

Xəbər lenti