Azərbaycan Texniki Universitetinin (AzTU) “Ekologiya mühəndisliyi” ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantları Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi, Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi və Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyalarında təcrübə keçirlər.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, magistrantlara t.ü.f.d., dosent Manaf Manafov Neft hasilatı sahəsinin ekoloji monitorinqində birbaşa ölçmə nəticələrinin xətasının təyin edilməsi metodikası, t.ü.f.d., dosent Qoşqar Əliyev Neft-qaz hasilatı sahəsində dolayısı ölçmələrdə mütləq və nisbi xətaların tapılması üsulları, k.ü.f.d. Qurban Hacıyev Maye karbohidrogenlərin xromatoqrafiq üsulla təyini metodikası haqqında məlumat veriblər.
Qeyd edək ki, təcrübə prosesi martın 16-da başa çatacaq.

