Logo

Məktəb kollektivinin direktora qarşı etirazları araşdırılır - RƏSMİ

20.02.2023 11:48 748 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəllim və valideynlər məktəb direktoruna qarşı etiraz aksiyası keçirməsi ilə bağlı açıqlama yayıb.

"Tehsil.biz"in məlumatına görə, açıqlamada bildirilir ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib:

"Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

Məlumat üçün bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılır və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib".

Mərcanə Əsədova

Xəbər lenti