Logo

"Məktəblərdə mülki müdafiə və tibbi anlayışlar fənni keçirilsin" - TƏKLİF

19.02.2023 20:08 910 baxış
IMG

"İnkişaf etmiş xarici ölkələrdə olduğu kimi, ölkəmizdəki təhsil müəssisələrində mülki müdafiə və tibbi anlayışlar fənni tədris edilməlidir".

Tehsil.biz xəbər verir ki, bu təklifi təhsil eksperti Əli Ələkbərov irəli sürüb.

O bildirib ki, hər kəs ilkin tibbi yardım göstərməyi bacarmalıdır:

"Bildiyimiz kimi qardaş ölkə Türkiyə Respublikasında baş vermiş zəlzələ zamanı yüzlərlə, uşaq, cavan, qoca həyatını itirmişdir. Baş vermiş təbii fəlakət və fövqəladə hallar zamanı hər bir vətəndaş həm özünə, həm də digər insanlara ilk yardım göstərməyi bacarmalıdır. Mülki müdafiə və tibbi anlayışlar fənni ölkəmizdəki məktəblərdə həftədə azı 1 saat tədris edilməlidir. Bu fənnin tədris olunması baş verəcək hər hansı bir hadisə zamanı şagirdlərin necə davranmalı olduqlarını bilmələri vacibdir. Hesab edirəm ki, bu fənn yalnız 10 və 11-ci sinif şagirdlərinə tədris edilməlidir".

Mərcanə Əsədova

Xəbər lenti