Logo

Peyvənd olunanların sayı açıqlanıb

19.02.2023 18:09 261 baxış
IMG

Azərbaycanda son sutkada 172 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 38, ikinci doza vaksinlərin sayı 42 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 85-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 7 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 947 036 olub.

Xəbər lenti