Logo

Bakıda məktəbli sinif yoldaşını itələdi, valideyn polisə müraciət etdi

18.02.2023 17:13 1697 baxış
IMG

Bakıda şagirdin naməlum şəxs tərəfindən döyülməsi barədə məlumat yayılıb.

Tehsil.biz xəbər verir ki, hadisənin Xəzər rayonu Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbdə baş verdiyi bildirilir.

Məsələ ilə bağlı məktəbdən saytımıza verilən məlumata görə, 14 fevral 2023-cü il tarixində fiziki tərbiyə dərsi zamanı şagirdlər məktəbin həyətində futbol oynamaq məqsədilə komandaya bölünərkən şagirdlərdən biri digərini (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) itələyib. Nəticədə şagird yerə yıxılıb.

Müəllim dərhal müdaxilə edib, şagirdlərlə söhbət aparıb, onlar yanlış hərəkət etdiklərini anlayıb, qarşılıqlı olaraq üzrxahlıq ediblər.

Həmin gün şagirdlər günün sonunadək dərsdə iştirak ediblər. 

Fevralın 17-də valideyn məktəbə gəlib və övladının xəsarət aldığını söyləyib. Daha sonra valideynin hüquq-mühafizə orqanlarına müraciət etdiyi məlum olub.

Mərcanə Əsədova

Xəbər lenti