Logo

“Oxu və paylaş” sosial media müsabiqəsinə start verilir

18.02.2023 15:48 480 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində “Oxu və paylaş” sosial media müsabiqəsini elan edir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, “Top 10”da yer alanlar sertifikat, ilk 3-lükdə yer alanlar kitab hədiyyəsi, qalib isə xüsusi hədiyyə ilə mükafatlandırılacaq.

Müsabiqənin nəticələri dekabr ayında açıqlanacaq.

Xəbər lenti