Logo

II Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib

18.02.2023 12:38 384 baxış
IMG

Fevralın 18-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadasının I mərhələsi keçirilib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtdakı 18 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiadada BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə bilik yarışının gedişini izləyib.

Olimpiadada 1000-ə yaxın şagird iştirak edib. Komanda şəklində yarışan VIII və IX sinif şagirdləri 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.

Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

Xəbər lenti