Logo

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoruna yeni müavin təyin olunub

18.02.2023 09:05 326 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoruna müalicə işləri üzrə yeni müavin təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.

Belə ki, bundan sonra bu vəzifəni ATU-nun III Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalov icra edəcək.

Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilin təqdimatı əsasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli müvafiq əmr imzalayıb.

Xəbər lenti