Logo

BAAU-da 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub - FOTO

18.02.2023 08:49 533 baxış
IMG

Fevralın 17-də Bakı Avrasiya Universitetində (BAAU) 10-cu Avrasiya Zirvəsi Elmi Tədqiqatlar və İnnovasiyalar Konqresinin açılışı olub.

BAAU-dan "Tehsil.biz"ə bildirilib ki, açılış mərasimini açıq elan edən universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova ilk öncə Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə qarşıladıqlarını deyərək həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konqres öz işinə başlayıb.

Qeyd edək ki, konqresə dünyanın 28 ölkəsindən 400-dən artıq elm adamları qatılıb. 18 fevral tarixinə qədər davam edəcək konqresdə 45 seksiya üzrə məqalələr dinlənilib. Təkcə Türkiyə Respublikasından 127 elm adamının konqresdə iştirakı təmin olunub. Digər iştirakçıları isə Portuqaliya, Bolqarıstan, Polşa, Səudiyyə Ərəbistanı, İraq, Serbiya, İtaliya, Sloveniya, Hindistan, Gürcüstan, Efiopiya, Rumuniya, Pakistan, Rusiya, Slovakiya, Əlcəzair, Morakko, Özbəkistan republikalarının nümayəndələri təmsil edib.

Xəbər lenti