Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev bu gün Siyəzən rayonu ərazisində baş vermiş avtomobil qəzasında yaralanan müəllimlərə xəstəxanada baş çəkib, onların sağlamlıq vəziyyəti ilə maraqlanıb.
Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.
Məlumata görə, həkimlər hazırda müəllimlərin sağlamlığı ilə bağlı həyati təhlükə olmadığını bildirib.
Qeyd edək ki, həmin avtomobil qəzasında Siyəzən rayonu F.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin iki müəllimi dünyasını dəyişib, Ə.Şahbazov adına Dağquşçu kənd tam orta məktəbi və E.Yusifov adına Qozağacı kənd ümumi orta məktəblərinin 5 müəllimi isə yaralanıb.