Logo

BAAU-da “Təhsildə inklüziv yanaşmalar” mövzusunda təlim keçirilib - FOTOLAR

17.02.2023 16:24 473 baxış
IMG

Bakı Avrasiya Universitetində (BAAU) Türkiyənin Bartın Universitetinin əməkdaşı Dr. Ayşənur Nazik Fayızın iştirakı ilə “Təhsildə inklüziv yanaşmalar” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlimdə təhsil sisteminin əsas məsələlərindən biri olan inklüziv təhsilin meyarları və inklüziv təhsilə ehtiyacı olan tələbələrlə davranış qaydalarından danışılıb. Eyni zamanda fiziki və zehni qüsurlu tələbələrlə dərs prosesində və imtahan zamanı xüsusi yanaşma metodları müzakirə olunub.

Daha sonra disleksiya, diqqət dağınıqlığı, autizim sindromu olan, görmə və ya eşitmə qabiliyyəti məhdud, həmçinin psixi inkişaf ləngliyi olan tələbələrlə yeni davranış qaydalarına toxunulub, ümumi dərs auditoriyalarında onların təhsilə cəlbedilmə imkanları, baş verəcək risklər də iştirakçıların nəzərinə çatdırılıb.

 BAAU-nun professor və müəllim heyətinin də iştirak etdiyi təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib, gələcəkdə bu mövzuda seminarların təşkil  etdirilməsi barədə razılıq əldə edilib.

Xəbər lenti