Xəzər Universiteti Türkiyədə zəlzələdən zərər çəkən insanlara kömək məqsədilə Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları tərəfindən “Türkiyə tək ürək” adlı ortaq canlı yayımı zamanı yardım kampaniyasına qoşulub
Tehsil.biz xəbər verir ki, bu məqsədlə müəllim, əməkdaş və tələbələrdən toplanmış 30 min TL (2450 AZN) qardaş ölkəyə ianə edilib.