Fevralın 14-də Yardımlı rayonu N.B.Cəfərov adına Avaş kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri, Yardımlı rayon Gənclər və idman idarəsinin rəisi, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.