Logo

Gömrük Akademiyasının əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

15.02.2023 20:44 587 baxış
IMG

Beynəlxalq Antalya Elmi Tədqiqatlar və İnnovativ Araşdırmalar konfransı keçirilib.

Tehsil.biz xəbər verir ki, onlayn formatda təşkil olunan konfransda digər iştirakçılarla yanaşı Akademiyanın əməkdaşları Yavər Məmmədova və Leyla Nəcəfova da iştirak ediblər.

2 gün ərzində davam edən konfransda Yavər Məmmədova "Azərbaycan Respublikasında publik hüquqi şəxslərin hüquqi statusu", Leyla Nəcəfova isə "Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyəti" mövzusunda məruzələr ilə çıxış ediblər.

Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələrin sonunda məruzəçilər tərəfindən konfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Xəbər lenti