Logo

"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri sırasında - FOTO

15.02.2023 18:19 437 baxış
IMG

Fevralın 15-də “Sabahın alimləri” XII Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib.

Bakı Dövlət Universitetinin (BDU( nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər. Onlardan XI sinif şagirdləri Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov isə kimya istiqaməti üzrə I yerə layiq görülüblər.

X sinif şagirdi Camal Axundov biologiya istiqaməti üzrə II yeri qazanıb. 

X sinif şagirdləri Cəfər Cəfərov və Aytac Əliyeva biologiya, IX sinif şagirdi Ərhun Abdullazadə isə fizika və astronomiya istiqaməti üzrə üçüncü yerə layiq görülüblər.

XI sinif şagirdi Fidan Ruhullayeva və X sinif şagirdi Xuraman Yəh-yazadə biologiya istiqaməti üzrə xüsusi mükafata sahib olublar.

Xəbər lenti