Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələrinin Azərbaycana gətiriləcəyi vaxt məlum olub.
Bu barədə "Tehsil.biz"ə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
"Cənazələrin fevralın 15-dən 16-na keçən gecə ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə A.Hacızadə bildirib.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri dünən tapılıb.
Mərcanə Əsədova