Logo

Lənkəran Dövlət Universitetində tələbə təqaüdləri Türkiyəyə yardım üçün kəsilir? - İDDİA+AÇIQLAMA

15.02.2023 09:20 811 baxış
IMG

Sosial şəbəkədə Lənkəran Dövlət Universitetinin (LDU) tələbələrinin təqaüdlərinin kəsilməsi iddiası irəli sürülüb.

Tehsil.biz xəbər verir ki, iddialarda bunun Türkiyədə baş vermiş zələzədən zərərçəkənlərə yardım məqsədli olması ilə bağlı olduğu bildirilib.

Məsələ ilə bağlı "Tehsil.biz"ə açıqlama verən LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova məlumatı təkzib edib. O bildirib ki, .LDU-da heç bir halda tələbələrin təqaüd kartından tutulmaya yol verilmir:

"Bu gün tələbələrin təqaüdü artımlarla birgə tam şəkildə hesablarına köçürülüb. Yəqin ki, günün sonuna ala biləcəklər. Hansısa tələbə də ərizə ilə müraciət edibsə, o ərizəyə imtina veriləcək. Kim istəyirsə, şəxsi qaydada köçürə bilər. Təqaüddən tutulma yoxdur və heç bir halda da olmayacaq".

Mərcanə Əsədova

Həmçinin oxuyun: Türkiyəyə yardım üçün müəllimlərin maaşlarından pul çıxılır? - FOTO+AÇIQLAMA

Xəbər lenti