Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə Mayami şəhərində “Diplomatiya sənəti: Azərbaycan rəssamlarının birgə sərgisi” keçirilib.
Tehsil.biz xəbər verir ki, sərgi Azərbaycanın Mayamidəki səfirliyi tərəfindən təşkil olunub.
Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin təsviri sənət kafedrasının müəllimi Röya Həsənova 8 əsəri ilə iştirak edib.
Onun bu sərgidə Qarabağın mənzərələrinə, tarixi abidələrinə həsr etdiyi “Qubadlı - Hacı Bədəl körpüsü”, “Cəbrayıl - Xudafərin körpüsü”, “Şuşa mənzərəsi”, “Kəlbəcər - Xudavəng Monastırı”, “Ağdam - Cümə Məscidi”, “Laçın mənzərəsi”, “Zəngilan - Məmmədbəyli Türbəsi” və “Xəyalımdan keçdi öz gözəl yurdum” əsərləri nümayiş etdirilib.