Logo

Kargüzarlıq işinin təşkili mövzusunda təlimlərə başlanılıb

14.02.2023 21:46 486 baxış
IMG

Quba rayonunda fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün kargüzarlıq işinin təşkili mövzusunda təlimlərə başlanılıb.

Tehsil.biz xəbər verir ki, təlimlərdə kargüzarlıq anlayışı və mahiyyəti, kargüzarlıq xidmətinin əsas vəzifələri - daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, sənədlərin göndərilməsi, icra müddətinə nəzarət edilməsi, sənədlərin hazırlanması, rəsmiləşdirilməsi, əlavələr edilməsi, surətlərinin çıxarılması və çoxaldılması üçün ümumi tələblər diqqətə çatdırılır, möhürdən düzgün istifadə, əmək kitabçalarının yazılması, əməli yazı nümunələrinin düzgün yazılış qaydaları izah olunur.

Xəbər lenti