Bu gün Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin məsul şəxsləri ilə növbəti görüşü baş tutub.
Tehsil.biz xəbər verir ki, görüşdə təhsil tələbə kreditlərinə müraciətlər zamanı üzləşilən problemlər ve onların həlli məsələləri araşdırılıb, daha çox tələbələrin TTK-dan yararlanmaları barədə ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.


