Logo

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

14.02.2023 19:13 470 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə bu il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar universitetin Elmi şurasının 2022-ci il 28 dekabr tarixli iclasında BDU-nun Tədbirlər Planı müzakirə edilərək təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq bu il aprelin 26-da Yeni Azərbaycan Partiyası ilə birlikdə beynəlxalq səviyyəli konfransın keçirilməsi planlaşdırılır.

Konfransda tarix, siyasi elmlər və hüquq kimi sahələr üzrə ölkəmizdə və dünyada tanınmış siyasi xadimlərin, alimlərin iştirakı nəzərdə tutulur.

Xəbər lenti