Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Türkiyə Respublikasında dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün yardım toplama kampaniyasında fəal iştirak edir.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, f evral ayının 7-dən bu aksiyaya qoşulan BMU könüllüləri ilk iki gün Əl Oyunları Sarayında, hazırda isə Heydər Əliyev adına İdman Kompleksində fəaliyyət göstərirlər.
Tələbələr əsasən 4 istiqamət üzrə - çeşidləmə, toplama, paketləmə və daşınma prosesinə cəlb olunublar.
Qeyd edək ki, BMU-nun əməkdaş və tələbələrinin Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə könüllü dəstək (Bankın adı: Kapital Bank/Kart hesabı: 4169 7388 7153 2994) kampaniyasında da yüksək fəallığı müşahidə edilir