Logo

"Şagirdlər əlamətdar günlər haqda bilmirlər"

14.02.2023 14:32 576 baxış
IMG

"Ölkəmizdə bir çox rəsmi və özəl günlər var ki, hər kəs bu günləri bilməli, heç unutmamalıdır.

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov deyib.

Onun sözlərinə görə, hazırki dövrdə istər abituriyentlər, istər şagirdlər, istər tələbələr ölkəmizə aid heç bir özəl günü bilmirlər:

"Bəs necə olur ki, hər kəs "14 fevralı" bilir? Marqlıdır. Biz istənilən məktəbdə təhsil alan şagirddən 44 günlük Böyük Vətən müharibəsinə aid suallar versək, döyüşlərə verilən adları soruşsaq, azad edilmiş rayonların tarixi xranoloji ardıcıllığını bilməyəcəklər. Hər bir insan istənilən bir günü qeyd etmək istəyirsə, həmən günün dəqiq tarixini araşdırmalıdır. Artıq televiziyalarda elə kinofilmlər göstərirlər ki, insan oradakı səhnələrə baxmağa utanır. Hesab edirəm ki, qeyri-etik televiziya verlişləri və kinofilmlərə baxan şagird ondan heç bir örnək götürə bilməz".

Xəbər lenti