Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı yol qəzasında həlak olub.
Tehsil.biz xəbər verir ki, bu barədə Xidmətin mətbuat mərkəzi məlumat yayıb.
Bildirilib ki, fevral ayının 13-də saat 19:30 radələrində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.