Logo

BANM-in tələbələri “Baku Drilling School”da olublar

13.02.2023 21:49 522 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BHOS) “Bakı Qazma Məktəbi”nə (Baku Drilling School) ekskursiya təşkil edib.

Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı iştirakçılar qazma işlərinin idarə edilməsi, quyuya nəzarət və qazma qurğularının işləmə prinsipi ilə tanış olublar.

“Baku Drilling School”un Simulyator və quyuya nəzarət təlimçisi Emil Canıyev məruzəçi kimi çıxış edib.

Ekskursiyanın koordinatoru SPE BHOS-un üzvü Aydın Şirinov olub.

Xəbər lenti