Logo

Magistraturaya qəbul imtahanı üçün bakalavrlar buraxılış vərəqəsini çap edə bilərlər

13.02.2023 11:20 423 baxış
IMG

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (I cəhd) 19 fevral 2023-cü il tarixində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=73 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Xəbər lenti