Logo

Bakı Ali Neft Məktəbində master-klas keçirilib - FOTO

13.02.2023 10:09 461 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində Millət vəkili, İqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramovun təqdimatında “Azərbaycan iqtisadiyyatı qlobal dəyişikliklər kontekstində” mövzusunda master-klas keçirilib.

Tehsil.biz xəbər verir ki, master-klas BANM-in Biznesin idarə edilməsi kafedrasının təşəbbüsü ilə təşkil olunub.

Tədbir qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində vəfat edənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Vüqar Bayramovu Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib və bu master-klasın maraqlı keçəcəyinə, tələbələrin, kollektivin faydalı məlumatlar əldə edəcəyinə əminliyini bildirib.

Millət vəkili Vüqar Bayramov təqdimatında Azərbaycan iqtisadiyyatı, əsas makroiqtisadi göstəricilər, iqtisadi inkişaf tempi, Azərbaycan iqtisadiyyatına təsir edən amillər, ixrac-idxal əməliyyatları, ixrac potensialı, iqtisadiyyatın şaxələndirilməsi siyasəti barədə məlumat verib. O, tələbələrə uğur hekayəsindən də danışıb, tövsiyələrini verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti