Türkiyədə baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin tapılması üçün axtarış işləri davam edir.
Belə ki, tələbələrin olduğu binadan böyük beton plitələr qaldırılıb, tələbələrin xilas edilməsi üzrə səylər davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.
Tehsil.biz İctimai TV-nin hadisə yerindən hazırladığı sujeti təqdim edir: